Azərbaycan – Türkiyə oyununun vaxtı müəyyənləşib

Xəbərlər
6 Fevral 2025 10:27
130
Azərbaycan – Türkiyə oyununun vaxtı müəyyənləşib

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

Yığmamız Avropa çempionatının əsas mərhələsində mübarizə aparacaq. Komandamız oyunları Xorvatiyada keçiriləcək 7-ci qrupda Bosniya və Herseqovina, Türkiyə və meydan sahibləri ilə görüşəcək.

26 mart
19:00. Bosniya və Herseqovina – Azərbaycan
Ribnyak İdman Sarayı

27 mart
22:00. Xorvatiya – Azərbaycan
Ribnyak İdman Sarayı

29 mart
19:00. Azərbaycan – Türkiyə
Ribnyak İdman Sarayı

İdman.biz