"Araz-Naxçıvan"dan darmadağın

Xəbərlər
15 Fevral 2025 19:56
69
"Araz-Naxçıvan"dan darmadağın

Yüksək Liqada II dövrənin sonuncu – X turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, turun açılış matçında lider 4 xal qabaqladığı ən yaxın izləyicisi ilə üz-üzə gəlib.

Görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 3 dəfə fərqləniblər.

İkinci oyunda “Şuşa” autsayderlə qarşılaşıb. Meydan sahibləri “Yasamal Bakı”nı 4:2 hesabı ilə məğlub ediblər. Turun son oyununda “Araz-Naxçıvan” rəqibini darmadağın edib. Son çempion U-19-un qapısından 11 cavabsız top keçirib.

Yüksək Liqa
X tur
"Baku Fire" – "Neftçi İK" - 3:3 (1:1)

Qollar: Henrique Soares, 6:18, Paulo Henrique, 32:16, İaqo Henrique, 36:33 // Abdul Ghafar, 12:19, Emil Həsənzadə, 38:22, Tofiq Mikayılov, 39:54 (ö/q)

"Şuşa" – "Yasamal Bakı" - 4:2 (1:1)
Qollar: İlham Alıyev, 2:42, 33:09, Sadegh Javiditabar, 20:20, Nüsrət Fərzəli, 24:27 // Qüdrət Qasımzadə, 13:07, Elmir Xəlilov, 39:52

"Araz-Naxçıvan" – U-19 - 11:0 (7:0)
Qollar: Roman Adamov, 0:23, 3:02, 9:55, Amirhossein Rasouli, 1:53, 25:55, 36:13, Giovanny, 7:50, 11:47, Nurlan Məmmədov, 16:59, 39:47, Ülvi Əliyev, 28:10

İdman.biz