“Qızlar Futzal Kuboku” Lənkəranda başlayacaq

Xəbərlər
11 Mart 2025 11:44
54
“Qızlar Futzal Kuboku” Lənkəranda başlayacaq

AFFA-nın təşkilatçılığı ilə martın 15-16-da Lənkəranda 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək.

İdman.biz xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirin ilk günündə 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün pley-off mərhələsinin qarşılaşmaları baş tutacaq.

İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku”nun ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

İdman.biz