Tofiq Mikayılov: “Kobud səhvlər buraxdıq”

Xəbərlər
12 Mart 2025 11:06
30
Tofiq Mikayılov: “Kobud səhvlər buraxdıq”

“Yaxşı hazırlaşmışdıq, qələbə qazanmaq istəyirdik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov deyib.

O, AVRO-2026-nın əsas mərhələsinin Yunanıstanla qarşılaşması barədə fikirlərini azfutzal.az-a açıqlayıb: “Düzdür, start yaxşı alınmadı, erkən qol buraxdıq. Ancaq sonra oyuna nəzarət tamamilə komandamızda idi. Hətta görüşün statistikasına baxsaq, rəqibin qapımıza 4 zərbə endirdiyini görərik. Bu göstərici hansı üstünlüyə sahib olduğumuza işarədir. Komanda olaraq yaxşı oynadıq, təəssüf ki, kobud səhvlər buraxdıq. Rəqib demək olar, hər səhvdən faydalandı. Biz isə çoxsaylı qol epizodlarını məntiqi sonluğa çatdıra bilmədik”.

Mikayılov məğlubiyyəti üzücü hesab edir: “Razıyam, tarixdə nəticə qalır, matç başa çatdıqdan sonra azarkeş tablodakı hesaba baxır. Üç xalı da həmin qələbə sayəsində aktivinə yazdırırsan. Yəni biri var, pis oynayıb uduzursan, bu qanunauyğunluqdur, insanı yandırmır. Biz isə yaxşı oynadıq, hətta bu komandaya qarşı Bakıdakı duellə müqayisədə üstün oyun nümayiş etdirdik. Təəssüf ki, cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız yekunlaşdırdıq”.

Futzalçı pley-off şansının itirlməsinə də üzüldüyünü gizlətməyib: “Qarşıda iki oyunumuz var, amma pley-offa yüksəlmək şansımız qalmayıb. İndi reytinq xalları toplamaq üçün mütləq qələbə qazanmalıyıq. Heyətimizdə gənclər var, bu cür oyunlarda “bişirlər”

Qeyd edək ki, yığmamız Afinadakı qarşılaşmada 2:3 hesabı ilə uduzub.

İdman.biz

Məqalədə: