Azərbaycanın FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb.
İdman.biz xəbər verir ki, onlar Nikosiya şəhərində 19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsində Kipr – Almaniya oyununu idarə edəcəklər.
Qafarlı birinci, Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşma aprelin 15-də olacaq.
İdman.biz