Millimiz 10 top buraxıb - YENİLƏNİB

Xəbərlər
26 Mart 2025 20:32
83
Millimiz 10 top buraxıb - YENİLƏNİB

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirib.

Komandamız Bosniya və Herseqovina ilə qarşılaşıb. Xorvatiyadakı keçirilən qrup mərhələsinin ilk turu millimiz üçün acınacaqlı nəticə ilə yekunlaşıb. Komandamız 2:10 hesabı ilə uduzub.

Qeyd edək ki, qrupun digər oyununda Xorvatiya və Türkiyə üz-üzə gələcək.

AVRO-2025-in əsas seçmə mərhələsi
VII qrup, I tur
26 mart

19:00. Bosniya və Herseqovina – Azərbaycan - 10:2
Qollar:
Emir Mustafiç, 0:14; 14:51. Ammar Hodziç, 3:41; 8:19. Bekir Arnaut, 14:22; 15:04. Oqnyen Markoviç, 19:55; 33:53. Kenan Hrşitiç, 32:00. Kenan Azabagiç, 36:53 - Ədalət Ələkbərov, 12:24. Bəyoğlan Vəlizadə, 33:09

Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)

Omiş. Ribnjak İdman Sarayı

İdman.biz

Məqalədə: