Bu gün futzal üzrə Yüksək Liqada XIII turun daha 2 oyunu keçirilib.
İdman.biz xəbər verir ki, “Neftçi” böyükhesablı qələbəyə sevinib.
"Ağ-qaralar" "Yasamal Bakı"nı 12:3 hesabı ilə məğlub ediblər. Son çempion da çətinlik çəkmədən aktivinə 3 xal yazdırıb. "Araz-Naxçıvan" "Şuşa"dan güclü olub.
Qeyd edək ki, turun martın 22-də keçirilən oyununda "Baku Fire" U-19-a 3:1 hesabı ilə qalib gəlib.
Yüksək Liqa, XIII tur
27 mart
"Yasamal Bakı" - "Neftçi İK" - 3:12
"Şuşa" - "Araz-Naxçıvan" - 4:10
Yer | Komanda | O | Q | D | M | VQ | BQ | QF | Xal |
1 | Baku Fire | 13 | 10 | 2 | 1 | 94 | 25 | 69 | 32 |
2 | Araz-Naxçıvan | 13 | 10 | 1 | 2 | 121 | 20 | 101 | 31 |
3 | Neftçi İK | 13 | 10 | 1 | 2 | 100 | 31 | 69 | 31 |
4 | Şuşa | 13 | 4 | 0 | 9 | 32 | 75 | -43 | 12 |
5 | U-19 | 13 | 3 | 0 | 10 | 36 | 99 | -63 | 9 |
6 | Yasamal Bakı | 13 | 0 | 0 | 13 | 22 | 155 | -133 | 0 |
Bombardirlər: İaqo Henrique ("Baku Fire") - 35, Amirhossein Rasouli ("Araz-Naxçıvan") - 20, Xətai Bağırov ("Neftçi İK") - 14 qol