19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi tarixi nəticəyə imza atıb.
İdman.biz xəbər verir ki, yığmamız tarixində ilk dəfə Avropa çempionatının əsas seçmə mərhələsində uduzmayıb.
Bu, Xorvatiya ilə görüşə təsadüf edib. Yığmamız 3:3 hesablı heç-heçəyə sevinib.
Bununla da millimiz əsas mərhələlərdə ilk xalını qazanıb. Qitə çempionatlarında 2019-cu ildə debüt edən yığmamız əvvəlki 9 oyunun hamısında uduzmuşdu.
Qeyd edək ki, millimiz bunadək yalnız ilkin mərhələdə qələbə və xallar əldə edib.
İdman.biz