Millimiz seçmə mərhələni sonuncu pillədə bitirib

Xəbərlər
29 Mart 2025 21:53
60
Millimiz seçmə mərhələni sonuncu pillədə bitirib

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Avropa çempionatının əsas seçmə mərhələsində mübarizə aparan yığmamız son matçına çıxıb.

Komandamız Türkiyə ilə qarşılaşıb. Mərhələ adlamaq şansını itirən millimiz üçün bu qarşılaşma formal xarakter daşıyıb. Oyun qardaş ölkə təmsilçilərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra millimizin qrupda sonuncu olub.

Qeyd edək ki, oyunları Xorvatiyada keçirilən qrupun digər matçında meydan sahibləri ilə Bosniya və Herseqovina üz-üzə gələcək.

AVRO-2025-in əsas seçmə mərhələsi
VII qrup, III tur
29 mart
19:00. Azərbaycan – Türkiyə - 1:3
Qollar:
Elgün Sadıqlı, 33:20 - Ahmet Köksal, 11:06, Ege Bilim, 17:58, Recep İnanç, 29:10
Hakimlər: Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya)
Ribnjak İdman Arenas

1

Türkiyə

3

2

1

0

10-7

7

2

Bosniya və Herseqovina

2

1

0

1

13-6

3

3

Xorvatiya

2

0

2

0

6-6

2

4

Azərbaycan

3

0

1

2

6-16

1

İdman.biz