Futzal üzrə milli komandaların FİFA reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, Azərbaycan yığması dünyada 47-cidir.
Vitali Borisovun yetirmələrinin hesabında 1064,28 xal var. Millimiz ötən cədvəllə müqayisədə 15 pillə geriləyib.
Bu, indiki siyahı üçün antirekorddur. Yığmamız ən çox geriləyən komanda olub.
Millimiz həm də xal itkisində antirekordçudur. Komandamız 62,06 xal itirib.
Qeyd edək ki, siyahıya 1655,54 xalla Braziliya başçılıq edir.
İdman.biz