Millimiz qrupda sonuncu yeri tutub - YENİLƏNİB - VİDEO

Xəbərlər
15 Aprel 2025 21:43
76
Millimiz qrupda sonuncu yeri tutub - YENİLƏNİB - VİDEO

Bu gün futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Avropa çempionatının əsas mərhələsi çərçivəsində son matçına çıxıb.

5-ci qrupun autsayderi olan Vitali Borisovun yetirmələri Xorvatiya ilə qarşılaşıblar. 1-ci yeri təmin edən rəqiblə görüşdə sensasiyaya ümid edən millimizib ilk qələbənin həsrəti bitməyib. Komandamız öz meydanında 1:4 hesabı ilə məğlub olub. Nəticədə 6 oyunda cəmi 2 xal toplayan Azərbaycan yığması qrup mərhələsini sonuncu pillədə başa vurub.

Qeyd edək ki, qrupun digər görüşündə Yunanıstanla İsveç üz-üzə gələcək.

Avropa çempionatının əsas mərhələsi
5-ci qrup, VI tur
15 aprel

20:00. Azərbaycan – Xorvatiya - 1:4
Qollar:
Oktay Rüstəmli, 21:05 - David Mataja, 5:56; 11:05. Yosip Yurlina, 8:48. Nikola Qudasiç, 31:33
Hakimlər: Yiangos Yiangou, Nicolas Nicolaou, Theocharis Theocharous (hamısı Kipr)
Bakı İdman Sarayı

1

Xorvatiya

6

6

0

0

29-7

18

2

Yunanıstan

5

2

1

2

9-12

7

3

İsveç

5

1

1

3

12-19

4

4

Azərbaycan

6

0

2

4

13-24

2

İdman.biz