Futzal üzrə Azərbaycan millisi AVRO-2026 yolunda mübarizəni başa vurub.
İdman.biz xəbər verir ki, yığmamız seçmə mərhələni adlaya bilməyib.
Keçirdiyi 6 görüşdə cəmi 2 xal toplayan Vitali Borisovun yetirmələri Xorvatiya, həmçinin futzal ölkələri sayılmayan İsveç və Yunanıstanla eyni qrupda sonuncu olub. Millimiz tsikli qələbəsiz başa vurub.
Ardıcıl 6 dəfə final mərhələlərinə yüksələn Azərbaycan millisinin bu seriyası hələ tsikl başa çatmamış qırılıb. Yığmamız finişə xeyli qalmış final mərhələsi şansını itirib. Bununla da yarımfinalına qədər irəlilədiyimiz AVRO-2010-dan başlayan seriya sona çatıb.
AVRO-1996-dan başlayaraq bütün qitə çempionatlarına qatılan yığmamız 13 cəhdində 7-ci dəfə seçmə mərhələdə dayanıb. Amma əvvəlki 6 uğursuz tsikldən beşində heç olmasa bir qələbə olub.
Yığmamız indiyədək yalnız bir dəfə - AVRO-1999-da seçmə mərhələni qələbəsiz bitirib. Onda da məğlubiyyətsiz mərhələ iki heç-heçə və top fərqindəki tarazlıqla bitib.
Düzdür, ilk sınaqda – AVRO-1996-da indiki kimi 4 məğlubiyyət qeydə alınıb və top fərqi hətta daha pis olub. Amma həmin vaxt bir qələbə təsəllisi olub ki, yığmamız bu dəfə belə uğura həsrət qalıb.
il |
mərhələ |
O |
Q |
H |
M |
TOP |
X |
1996 |
seçmə |
5 |
1 |
0 |
4 |
12-25 |
3 |
1999 |
seçmə |
2 |
0 |
2 |
0 |
4-4 |
2 |
2001 |
seçmə |
3 |
1 |
1 |
1 |
12-8 |
4 |
2003 |
seçmə |
3 |
1 |
0 |
2 |
5-9 |
3 |
2005 |
seçmə |
3 |
1 |
0 |
2 |
8-10 |
3 |
2007 |
seçmə |
3 |
1 |
2 |
0 |
17-12 |
5 |
2010 |
seçmə |
3 |
2 |
1 |
0 |
12-7 |
7 |
final |
5 |
2 |
2 |
1 |
18-13 |
8 |
|
2012 |
seçmə |
3 |
2 |
0 |
1 |
13-13 |
6 |
final |
2 |
0 |
0 |
2 |
9-13 |
0 |
|
2014 |
seçmə |
3 |
3 |
0 |
0 |
11-3 |
9 |
final |
2 |
1 |
0 |
1 |
7-13 |
3 |
|
2016 |
seçmə |
3 |
2 |
0 |
1 |
16-6 |
6 |
pley-off |
2 |
1 |
1 |
0 |
4-2 |
4 |
|
final |
3 |
1 |
0 |
2 |
8-14 |
3 |
|
2018 |
seçmə |
3 |
3 |
0 |
0 |
16-5 |
9 |
final |
3 |
1 |
0 |
2 |
6-12 |
3 |
|
2022 |
seçmə |
6 |
5 |
1 |
0 |
22-6 |
16 |
final |
3 |
1 |
1 |
1 |
8-7 |
4 |
|
2026 |
seçmə |
6 |
0 |
2 |
4 |
13-24 |
2 |
Vüqar Xeyrullayev
İdman.biz