Futzal üzrə “Neftçi” İK İB komandasının məşqçisi Əli Hüseynov cəzalanıb.
İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Buna Yüksək Liqanın 15-ci turunun “Neftçi” İK İB – “Baku Fire” oyununda yaşananlar səbəb olub. Nominal meydan sahiblərinin köməkçi məşqçisi matçın fasiləsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu üzdən Hüseynov 5 oyunluq cəza alıb.
İdman.biz