Qolf yarışının qalibləri müəyyənləşib - FOTO

Xəbərlər
18 May 2024 21:31
184
Qolf yarışının qalibləri müəyyənləşib - FOTO

Mayın 18-də dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib.

İdman.biz xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Turnirdə 10 dövlət qurumundan 24 əməkdaş (17 kişi, 7 qadın) iştirak edib. Yekun nəticələrə görə kişilər arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Elvin Məmmədov birinci olub. Gənclər və İdman Nazirliyinin əməkdaşı Ramil Cabbarov yarışı ikinci, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Babək Fətullazadə isə üçüncü pillədə başa vurub.

Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Aysel Kazımova birinci yeri tutub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Günel İsmayılova və FHN-in əməkdaşı Əzizə Lalayeva müvafiq olaraq, ikinci və üçüncü yerlərə layiq görülüblər.

İdman.biz