Azərbaycanlı qolfçu 11-ci yeru tutub

Xəbərlər
22 Fevral 2025 18:36
74
Azərbaycanlı qolfçu 11-ci yeru tutub

Emin Rzayev yeniyetmələr arasında dünya qolf çempionatında uğurlu çıxış edib.

İdman.biz xəbər verir ki, o, fevralın 19-21-də İspaniyanın Marbella şəhərində keçirilmiş yarışda qüvvəsini sınayıb.

250-dən çox gənc qolfçunun iştirak etdiyi prestijli turnirdə Emin 8-9 yaş kateqoriyasında yarışmış və üç raundun yekunlarına əsasən 255 vuruşla 11-ci yeri tutub.

Azərbaycan Qolf Federasiyası Eminin əldə etdiyi nəticəni onun yüksək peşəkarlıq səviyyəsini və əzmkarlığını nümayiş etdirdiyini vurğulayıb.

İdman.biz