Özbəkistanın paytaxtı Daşkənddə batut gimnastikası üzrə beynəlxalq turnir keçirilir.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan yığması artıq 2 medalı rəsmiləşdirib.
Sinxron proqramda gimnastlarımızdan Ayan Şabanova və Samirə Hüseynova qızıl, Fərhad Mustafayev və Ömər Qasımlı isə gümüş mükafat qazanıblar.
Qeyd edək ki, turnir bu gün yekunlaşacaq.
İdman.biz