“Ocaq Sport” klubunda yeni idman növləri fəaliyyətə başlayıb - VİDEO

Xəbərlər
23 Yanvar 2024 16:05
298
“Ocaq Sport” klubunda yeni idman növləri fəaliyyətə başlayıb - VİDEO

Azərbaycan gimnastikasında xüsusi yeri olan və 2023-cü ilin ən yaxşı komandası seçilən "Ocaq Sport" klubunda yeni idman növləri fəaliyyətə başlayıb.

Bunu İdman.bizin studiyasının qonağı olan klubun İdarə Heyətinin sədri Vəfa Bəkərova açıqlayıb.

O bildirib ki, "Ocaq Sport"da gimnastika ilə yanaşı, üzgüçülük, suya tullanma, su polosu, fiqurlu konkisürmə və buzüstü hokkey bölmələri də fəaliyyət göstərəcək: "Biz fikirləşirik ki, daha da çox idman növləri açaq. Gənc nəslin daha sağlam yetişməsini istəyirik. İndiki dövrdə bu xüsusən də xeyirlidir. Uşaqlar daha çox sosial şəbəkələrdə, kompüter oyunlarında vaxtlarını keçirirlər. Ondansa idmanla məşğul olmaq daha yaxşıdır. Artıq bizim su polosu üzrə komandamız mövcuddur".

Qeyd edək ki, "Ocaq Sport" klubu Gənclər və İdman Nazirliyinin keçirdiyi sorğuda 2023-cü ilin ən yaxşı klubu seçilib.

Emin Ağa
İdman.biz