Bakıda keçiriləcək bədii gimnastika üzrə ilk Avropa kubokunda iştirak edəcək idmançıların sayı müəyyənləşib.
İdman.biz xəbər verir ki, yeniyetmələr və böyüklər arasında yarışlar üçün 184 gimnast sifariş olunub.
Mayın 3-5-dəki yarışda 28 ölkə təmsilçisi çıxış edəcək. Avropanın 25 ölkəsi ilə yanaşı, ABŞ, Avstraliya və Cənubi Koreya da idmançılarını Bakıya göndərəcək.
Qeyd edək ki, yarışlar yeni formatda təşkil olunacaq. Gimnastlar təkbətək mübarizədə olimpiya sistemi ilə bir-birinə qarşı mübarizə aparacaq.
İdman.biz