Zöhrə Ağamirova: “Rəqib kimi ancaq özümə baxıram” - VİDEO

Müsahibə
8 Mart 2024 13:00
283
Zöhrə Ağamirova: “Rəqib kimi ancaq özümə baxıram” - VİDEO

“Ciddi məşqlər davam edir. Hər gün 6-7 saat çalışıram. Çalışacam ki, Paris Olimpiadasında ölkəmizi yaxşı təmsil etmək üçün əlimdən gələni edim”.

Bunu “İdman Bizdə”nin qonağı olan Azərbaycan millisinin bədii gimnastı Zöhrə Ağamirova deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya yazanan 22 yaşlı idmançı 4 illiyin zirvə yarışa var gücü ilə hazırlaşdığını deyib: “Olimpiadada hədəfim 4 proqramın hər birini təmiz icra etmək və finala vəsiqə qazanmaqdır. 3 yeni proqram hazırlayıram. Lentlə hərəkətlərdə ötən ilki musiqi olacaq. Amma yeni hərəkətlər var. Topla proqramım Azərbaycan, gürzlərdə isə gürcü musiqisi olacaq”.

Ağamirova Oyunlardakı hədəflərini və əsas rəqiblərini də açıqlayıb: “Hər idmançının arzusu Olimpiya medalı qazanmaqdır. Düşünürəm ki, bu, gimnastikada daha çətindir. Ona görə hədəfim məhz finala vəsiqə qazanmaqdır. Olimpiya Oyunlarında hamı güclüdür. Rəqib kimi ancaq özümə baxıram və üzərimdə çalışıram. Özümə qalib gəlməliyəm ki, nəticəm də yaxşı olsun”.

Emin Ağa
İdman.biz