Azərbaycan akrobatika gimnastları Polşanın Jeşuv şəhərində keçirilən Dünya kuboku və beynəlxalq yarışda uğurlu çıxış ediblər.
İdman.biz xəbər verir ki, komandamız 4 medal qazanıb.
Dünya kubokunda Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Daniel Abbasov-Murad Rəfiyev cütü və Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovdan ibarət qrup isə bürünclə kifayətlənib.
Beynəlxalq yarışda isə Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadədən ibarət qrup 12-18 yaş kateqoriyasında ikinci yeri tutub.
İdman.biz