Aleksandra Kiroi-Boqatıryova: “Həyatımı Bakısız təsəvvür edə bilmirəm"

Xəbərlər
25 İyun 2024 14:00
314
Aleksandra Kiroi-Boqatıryova: “Həyatımı Bakısız təsəvvür edə bilmirəm"

“Mən həmişə Azərbaycana gəlmək istəmişəm. Görürdüm ki, burada necə gözəl şərait, necə gözəl gimnastlar var”.

İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Avstraliya gimnastı Aleksandra Kiroi-Boqatıryova deyib.

Vətənində “sbs.com” portalına müsahibə verən idmançı üç ildir Bakıda hazırlıq keçməsi sayəsində irəliləyişə nail olduğunu bildirib: “Bakı mənim evimdir. 2021-ci ildə Melburnda karantin olanda biz hazırlığı xaricdə davam etdirmək qərarına gəldik. Valideynlərim Avropaya birtərəfli bilet aldılar. Bəzi işlər alınmadı, bəzi məsələlərə koronavirus mane oldu. Kitakyuşuda keçirilən dünya çempionatında Azərbaycan millisinin baş məşqçisi Mariana Vasileva ilə tanış oldum. O, məni təlim-məşq toplanışına dəvət etdi. Bu hazırlıq prosesi üç il davam etdi”.

Gimnast ölkəmizdə olduğu müddətdə paytaxta bağlandığını da gizlətməyib: “Həyatımı Bakısız təsəvvür edə bilmirəm. Ən yaxşı dostlarım buradadır, bütün məşqçilər ailə kimidir və burada hər şey ən yaxşısıdır”.

İdman.biz