İdman gimnastlarımız Buxarestdə “RomGym Trophy”də

Xəbərlər
27 İyun 2024 18:21
209
İdman gimnastlarımız Buxarestdə “RomGym Trophy”də

İyunun 27-də Rumıniyanın paytaxtı Buxarestdə idman gimnastikası üzrə “RomGym Trophy” beynəlxalq turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan 2 idmançı ilə təmsil olunacaq.

Məşqçi Eldar Səfərovun rəhbərliyi altında Rəsul Əhmədzadə (dəstəli at və paralel qollar) və Murad Ağarzayev (sərbəst hərəkətlər və dayaqlı tullanma) mübarizə aparacaqlar.

Turnirə Nihad Şirinli isə hakim kimi yollanıb.

İdman.biz