Azərbaycanda rəsmi səfərdə olan zamanı Qambiyanın gənclər və idman naziri Bakari Bodji bu gün Milli Gimnastika Arenasına baş çəkib.
İdman.biz xəbər verir ki, qonaq idman qurğusunun vəziyyəti, idmançılar üçün yaradılan şəraitlə tanış olub.
Azərbaycan Gimnastika Federasiyasının və Milli Gimnastika Arenasının nümayəndələri Qambiyadan olan nüfuzlu qonaqları səmimiyyətlə qarşılayıb və onlara arena barəsində məlumat veriblər.
İdman.biz