Tərtərdə gimnastikanın gözəlliyi – FOTO

Xəbərlər
29 İyun 2024 11:32
376
Tərtərdə gimnastikanın gözəlliyi – FOTO

Tərtər Olimpiya Kompleksində bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışda 130 idmançı iştirak edir.

Onlar Olimpiya Ehtiyatları Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə, “Ocaq Sport” və “Qratsiya” klubları, “Kür” mərkəzi, Şağan və Şirvan Olimpiya Kompleksləri, Zirə mədəniyyət mərkəzi və Şəmkir Gənclər Evini təmsil edirlər.

Ölkə çempionatı uşaqlar və yeniyetmələr arasında keçirilir. Gənclərdən ibarət qrup hərəkətləri komandaları da öz bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası regionlarda tez-tez yarışlar keçirir. Ötən həftə Neftçalada aerobika üzrə ölkə çempionatı baş tutub.

İdman.biz

Məqalədə: