Olimpiyaçımız Dünya kubokunun finalında

Xəbərlər
29 İyun 2024 15:29
109
Olimpiyaçımız Dünya kubokunun finalında

Batut gimnastikası üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, İsveçrənin Arosa şəhərində keçirilən yarışda təsnifat mərhələsi başa çatıb.

Azərbaycan millisinin gimnastı Selcan Maqsudova yarışa uğurla başlayıb. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi olan idmançımız final mərhələsində vəsiqə qazanıb.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

İdman.biz

Məqalədə: