Batut gimnastikasında 2 qızıl, 2 gümüş - FOTO

Xəbərlər
29 İyun 2024 18:36
543
Batut gimnastikasında 2 qızıl, 2 gümüş - FOTO

Azərbaycan idmançıları batut gimnastikası üzrə 52-ci Nissen kubokunda uğurlu çıxış edib.

İdman.biz xəbər verir ki, yığmamız yarışda 2 qızıl və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində fərdi çıxışlarda Ammar Baxşalıyev qızıl, Samirə Hüseynova isə bürüncə sahib çıxıb. Sinxron çıxışda isə Əli Niftəliyev-Ammar Baxşalıyev cütü 1-ci yeri, Samirə Hüseynova-Ayan Şabanova dueti 3-cü yeri tutub.

Qeyd edək ki, iyunun 27-də İsveçrənin Arosa şəhərində start götürən yarışa bu gün yekun vurulub.

İdman.biz