Xorvatiyalı qonaqlar Milli Gimnastika Arenasına səfər edib

Xəbərlər
29 İyun 2024 19:21
69
Xorvatiyalı qonaqlar Milli Gimnastika Arenasına səfər edib

Xorvatiyanın gümnastika nümayəndə heyəti Milli Gimnastika Arenasına səfər edib.

İdman.biz xəbər verir ki, qonaqlar idman qurğusu barədə məlumatlandırılıb.

Görüşdə Xorvatiya Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti və “Aura” gimnastika klubunun baş məşqçisi Nika Krevatini və “Aura” gimnastika klubunun prezidenti Robert Krevatini iştirak ediblər. Azərbaycan Gimnastika Federasiyasının və Milli Gimnastika Arenasının nümayəndələri onları arenanın imkanları ilə tanış ediblər.

İdman.biz