Gimnastlarımızın Saraqosa sınağı

Xəbərlər
2 İyul 2024 14:34
78
Gimnastlarımızın Saraqosa sınağı

Bədii gimnastika üzrə Azərbaycan millisi İspaniyanın Saraqosa şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

İdman.biz xəbər verir ki, yarışda qrup hərəkətləri üzrə yığmamız iştirak edəcək.

İspaniyada xalça üzərinə olimpiya lisenziyasına malik komandamız çıxacaq. Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Ləman Əlimuradova, Zeynəb Hümmətova və Darya Sorokina Saraqosada mübarizə aparacaq.

Komandamız səfərə məşqçi Yevgeniya Vilyayevanın rəhbərliyi altında yollanıb. Millimizin nümayəndə heyətində xoreoqrafı Akif Kərimli də yer alıb. Nigar Abdusalimova və Vəfa Bəkərova isə yarışın hakimləri arasında olacaqlar.

Qeyd edək ki, iyulun 5-də başlayacaq yarış iki gün davam edəcək.

İdman.biz

Məqalədə: