Azərbaycan yığması Turinə yollanır - FOTO

Xəbərlər
2 İyul 2024 15:41
190
Azərbaycan yığması Turinə yollanır - FOTO

Akrobatika gimnastikası üzrə “Turin Acro Cup” keçiriləcək.

İdman.biz xəbər verir ki, İtaliyanın Turin şəhərində baş tutacaq beynəlxalq yarışda Azərbaycan millisi də iştirak edəcək.

Məşqçi İradə Qurbanovanın rəhbərliyi altında səfərə yollanacaq komandamız 4 növdə təmsil olunacaq. Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlərin, Daniel Abbasov və Murad Rəfiyev kişi cütlərinin yarışında mübarizə aparacaq.

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərov kişi qruplarının yarışında qüvvəsini sınayacaq. Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidova isə 13-19 yaş kateqoriyası üzrə qadın qruplarının mübarizəsinə qatılacaq. Hakim Dürdanə Əhmədova da turnirdə ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, iyulun 5-də start götürəcək yarışa ayın 7-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: