Qəbələdə bədii gimnastika üzrə bölgələrarası kubokda iştirakçı sayı açıqlanıb

Xəbərlər
5 İyul 2024 10:53
545
Qəbələdə bədii gimnastika üzrə bölgələrarası kubokda iştirakçı sayı açıqlanıb

İyulun 9-da Qəbələdə bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok keçiriləcək.

İdman.biz xəbər verir ki, Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 66 gimnast məharətini göstərəcək.

Kubokda iştirakçılar arasında Şəki Olimpiya İdman Kompleksi, "Ocaq Sport" Klubunun Zaqatala, Ağdaş və Şamaxı bölmələri, Oğuz Olimpiya İdman Kompleksi, Qəbələ Olimpiya İdman Kompleksi, Şirvan Olimpiya İdman Kompleksi, Masallı Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Klubu, Abşeron Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Kompleksi, Lənkəran Olimpiya İdman Kompleksi, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şəmkir Gənclər Evi və Sumqayıt Olimpiya İdman Kompleksi yer alacaq.

Yarışda gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2013-cü il, 2012-ci il, 2011-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış edəcək. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə gedəcək.

Ötən il Lənkəranda təşkil olunan bölgələrarası kubokla müqayisədə bu il iştirak edən idman cəmiyyətləri və idmançıların sayında əhəmiyyətli dərəcədə artım nəzərə çarpır. Bu o deməkdir ki, bölgələrdə idmana, xüsusən gimnastikaya marağın artırılması istiqamətində görülən işlər öz nəticəsini verir.

Qeyd edək ki, yarış saat 10:00-da başlayacaq.

İdman.biz

Məqalədə: