Bədii gimnastika üzrə milli komandamız İspaniyada qızıl medal qazanıb

Xəbərlər
6 İyul 2024 16:16
438
Bədii gimnastika üzrə milli komandamız İspaniyada qızıl medal qazanıb

İspaniyanın Saraqosa şəhərində bədii gimnsatika üzrə beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, yarışda böyüklərdən ibarət milli komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çoxnövçülük proqramında bütün rəqiblərini qabaqlayan gimnastlamız qızıl medal sahibi oldular.

İdman.biz