Turində 3 qızıl və 1 gümüş medal - FOTO

Xəbərlər
8 İyul 2024 13:58
321
Turində 3 qızıl və 1 gümüş medal - FOTO

İtaliyanın Turin şəhərində keçirilən akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin gimnastları yarışda 3 qızıl və 1 gümüş medal qazanıblar.

Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlərin yarışında hamını qabaqlayıb. Daniel Abbasovla Murad Rəfiyev kişi cütlərin mübarizəsində çempionluq sevinci yaşayıb.

Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidovadan ibarət 13-19 yaş kateqoriyası üzrə qadın qrupu da Turində ən yaxşı olub.

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovun təşkil etdiyi kişi qrupu turniri ikinci pillədə başa vurub.

İdman.biz

Məqalədə: