Paris-2024 öncəsi Ağamirovanın son sınağı

Xəbərlər
8 İyul 2024 16:25
460
Paris-2024 öncəsi Ağamirovanın son sınağı

Bədii gimnastika üzrə Azərbaycan yığması Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək Çelenc Dünya kubokunda iştirak edəcək.

İdman.biz xəbər verir ki, yarış iyulun 12-14-də keçiriləcək.

Gimnastlarımız fərdi yarışda təmsil olunacaq. Turnirdə Zöhrə Ağamirova və İlona Zeynalova çıxış edəcəklər. Zöhrə üçün Rumıniyadakı yarış Paris-2024 öncəsi son sınaq olacaq.

Qeyd edək ki, fərdi yarışda 42 idmançı mübarizə aparacaq.

İdman.biz

Məqalədə: