Paris-2024: Zöhrə Ağamirova və qrup komandası – MARAQLI STATİSTİKA

Xəbərlər
12 İyul 2024 10:34
673
Paris-2024: Zöhrə Ağamirova və qrup komandası – MARAQLI STATİSTİKA

Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları ilə bağlı maraqlı statistika açıqlanıb.

İdman.biz xəbər verir ki, Olimpiadaya qatılacaq ən gənc və yaşlı idmançılar bəlli olub.

Həmçinin, yarışın gedişində ad gününü qeyd edəcək və ikinci dəfə Oyunlarda mübarizə aparacaq gimnastların adları açıqlanıb.

Fərdi
Orta yaş - 21 il
Ən gənc - 15 il (Vera Tuqolukova, Kipr)
Ən yaşlı - 30 il (Yekaterina Vedeneyeva, Sloveniya)

Qrup hərəkətləri
Orta yaş - 19 il
Ən gənc - 15 yaş (Amaliya Mamedova, Özbəkistan)
Ən yaşlı - 27 (Alessiya Maurelli, İtaliya)

Olimpiada zamanı ad günləri:
8 avqust - Zöhrə Ağamirova (Azərbaycan), Patrisiya Peres (İspaniya)
9 avqust - Diana Bayeva (Ukrayna)

İkinci Olimpiadada iştirak edəcəklər
Fərdi:
Boryana Kaleyn (Bolqarıstan), Yekaterina Vedeneyeva (Sloveniya), Fanni Piqniçki (Macarıstan), Zöhrə Ağamirova (Azərbaycan), Milena Baldassarri (İtaliya).

Qrup hərəkətləri: Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova (Azərbaycan); Lidiya Yakovleva (Avstraliya); Martina Çentofanti, Aneze Duranti, Alessiya Maurelli, Daniela Moqurian (İtaliya); Mariya Vısoçanska (Ukrayna); Çjantszyayan Huan, Tsitsi Qo, Tin Hao (Çin); Debora Medrado, Nikol Pirsio, Mariya Eduarda Arakaki (Braziliya).

İdman.biz