Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq turnir davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin üç gimnastı final mərhələsinə vəsiqə qazanıb.
Ayan Şabanova batut gimnastikasında buna nail olub. Hüseyn Abbasov və Ömər Qasımlı isə ikili mini-batutda medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.
İdman.biz