Azərbaycan gimnastları final mərhələsində - FOTO

Xəbərlər
13 İyul 2024 15:11
130
Azərbaycan gimnastları final mərhələsində - FOTO

Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq yarış davam edir.

İdman.biz xəbər verir ki, final mərhələsinin iştirakçıları bəlli olub.

Azərbaycan millisinin 7 gimnastı medallar uğrunda mübarizə aparacaq. Tofiq Əliyev və Adil Hacızadə tamblinq, Əli Niftəliyev, Ammar Baxşalıyev, Nicat Mirzəyev, Fərhad Mustafayev, Ömər Qasımlı batut gimnastikasında finala yüksəlib.

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.

İdman.biz

Məqalədə: