Varfolomeyev Dünya kubokunda iki qızıl medal qazanıb

Xəbərlər
15 İyul 2024 11:00
307
Varfolomeyev Dünya kubokunda iki qızıl medal qazanıb

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə Çelenc seriyalı Dünya kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, bu, Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində sonuncu start olub.

Çoxnövçülüyün qalibi adını Stiliana Nikolova (Bolqarıstan) qazanıb. O, gümüş və bürünc mükafatlara sahib çıxan Darya Varfolomeyev (Almaniya) və Darya Atamanovu (İsrail) qabaqlayıb.

Fərdi finallarda Varfolomeyev top və gürzlərlə birinci yeri tutub. Atamanov halqa, Taisiya Onofriyçuk (Ukrayna) lentlə qızıl medal qazanıb.

Qrup hərəkətlərinin çoxnövçülük yarışında Bolqarıstan qalib gəlib. Braziliya gümüş, İsrail isə bürünc medal qazanıb.

Beş halqa ilə finalda israilli gimnastlar birinci yeri tutub. Üç lent və iki topla hərəkətdə İspaniya hamını qabaqlayıb.

İdman.biz

Məqalədə: