Azərbaycan millisinin batut gimnastı Selcan Maqsudovanın Paris-2024 Yay Olimpiya Oyunlarına yollanacağı tarix bəlli olub.
İdman.biz xəbər verir ki, idmançımız iyulun 23-də Fransa paytaxtına uçacaq.
Yığmanın baş məşqçisi Vladimir Şulikin idmançının Yay Oyunlarına əvvəlcədən gedəcəyini bildirib: “Parisdə batut gimnastikası yarışının startınndan əvvəl, iyulun 26-da məşq başlayacaq. Ona görə də vaxtından əvvəl gedəcəyik. Selcan avqustun 2-də çıxış edəcək. Hələlik hər şey plan üzrə gedir”.
Qeyd edək ki, Selcan Olimpiadada debüt edəcək. Bundan əlavə, dördilliyin ən mötəbər multiidman tədbirində ilk dəfə Azərbaycan batut gimnastikasında təmsil olunacaq.
İdman.biz