Bakıda keçiriləcək Avropa çempionatında 14 ölkə

Xəbərlər
22 İyul 2024 12:57
264
Bakıda keçiriləcək Avropa çempionatında 14 ölkə

Bakıda keçiriləcək gimnastika üzrə “TeamGym” çempionatında iştirak etmək üçün 14 ölkənin yığması ərizə təqdim edib.

İdman.biz xəbər verir ki, yarış oktyabrın 16-19-da baş tutacaq.

Yarışa ev sahibliyi edəcək millimizin rəqibləri Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç və İsveç idmançıları olacaq.

Bakıya 498 gimnastın gələcəyi gözlənilir. Onların arasında 268 böyük və 230 yeniyetmə idmançı var.

Qeyd edək ki, “TeamGym” Avropa Gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. Bu turnir üç növdə çıxışlardan ibarətdir: “TeamGym” xalçası, tamblinq zolağı və kiçik batut.

İdman.biz

Məqalədə: