Gimnastlarımız Bolqarıstanda qızıl medal qazanıb

Xəbərlər
2 Sentyabr 2024 16:03
513
Gimnastlarımız Bolqarıstanda qızıl medal qazanıb

Azərbaycan gimnastları Bolqarıstanda keçirilən “Plovdiv Cup Aerobics Open” beynəlxalq turnirində qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, qarışıq cütlüklərin yarışında Vladimir Dolmatov və Mədinə Mustafayeva qalib gəliblər.

Bolqarıstan turnirini gimnastlarımız üçün sentyabrın 27-29-da İtaliyanın Pesaro şəhərində keçiriləcək dünya çempionatına hazırlıq mərhələsi kimi də dəyərləndirmək olar.

İdman.biz

Məqalədə: