Noha Abu Şabana: "Çox perspektivli idmançılarınız var" - MÜSAHİBƏ

Müsahibə
3 Sentyabr 2024 10:16
411
Noha Abu Şabana: "Çox perspektivli idmançılarınız var" - MÜSAHİBƏ

Yeni Olimpiya dövrünün başlanması ilə əlaqədar Bakıda məşqçilər və hakimlər üçün keçirilən seminar zamanı Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Noha Abu Şabananın Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibəsini təqdim edirik.

Seminar necə keçdi?

- Yeni Olimpiya dövrü ilə bağlı dəyişikliklərə, yeniliklərə və qaydalara həsr olunmuş kurs idi. Məşqçilərlə işləmək, onların bacarıqları, peşəkarlıqları, eləcə də öz sahələrində yeni çağırışlara necə hazır olduqlarını öyrənmək mənim üçün olduqca maraqlı idi.

İki gün boyunca davam edən seminarlar zamanı, sizcə, iştirakçılar üçün ən maraqlı hissə hansı oldu?

- Qeyd edim ki, məşqçilər və hakimlər artıq hazırdır. Onlar yeni hakimlik qaydalarını mənimsəyiblər. Onları maraqlandıran sualları ünvanladılar. Onların yeni hakimlik qaydaları ilə işləməyə başlamasını izləmək maraqlı idi.

İdmançılarımız haqqında nə deyə bilərsiniz?

- Çox perspektivli idmançılarınız var. Paris Olimpiadasında qrup hərəkətləri komandaları arasında keçən yarışlarda əla nəticələr göstərdiniz. Sizin məşq üçün əlverişli şəraitiniz var, dünyanın ən yaxşılarından birisiniz. Buna görə də Azərbaycanı təbrik edirəm.

İdman.biz