Per Joustrand: ““TeamGym” üzrə yarış Bakıda ilk dəfə olaraq keçiriləcək”

Müsahibə
3 Sentyabr 2024 16:42
126
Per Joustrand: ““TeamGym” üzrə yarış Bakıda ilk dəfə olaraq keçiriləcək”

Bakıda Avropa Gimnastikasının "TeamGym" üzrə Texniki Komitəsinin növbəti iclası keçirilib.

İclas çərçivəsində Avropa çempionatında idmançıların çıxış ardıcıllığı, həmçinin "TeamGym" üzrə digər məsələlər müzakirə olunub.

İdman.biz sözügedən Texniki Komitənin prezidenti Per Joustrandın Azərbaycan Gimnastika Federasiyasına verdiyi müsahibəni təqdim edir.

- Son hazırlıqlarla bağlı nə deyə bilərsiz?

- ⁠Bakıda Avropa Gimnastikasının Texniki Komitəsi ilə görüş keçirdik. Oktyabr ayının ortalarında burada baş tutacaq böyük tədbir üçün hazırlıqları yekunlaşdırırıq. Çox ruhlanmışıq və düşünürəm ki, artıq hazırıq.

- ⁠Beynəlxalq yarışların təşkilatçılığı ilə bağlı təcrübəmiz barədə nə düşünürsünüz?

- ⁠Biz bilirik ki, Azərbaycan Gimnastika Federasiyası (AGF) bir çox dünyamiqyaslı gimnastika üzrə yarışların təşkilatçısı olub. Bizim də texniki tərəfdən böyük təşkilatçılıq təcrübəmiz var. İndi isə “TeamGym” üzrə yarış ilk dəfə olaraq sizin arenada keçiriləcək.

Qeyd edək ki, 16-19 oktyabr tarixlərində ilk dəfə olaraq Bakıda "TeamGym" üzrə Avropa çempionatı baş tutacaq.

İdman.biz