“San Marino Cup”da mübarizə aparacaq gimnastlarımız - ADLAR

Xəbərlər
5 Sentyabr 2024 16:30
236
“San Marino Cup”da mübarizə aparacaq gimnastlarımız - ADLAR

San Marino Respublikasının Serravalle şəhərində keçiriləcək bədii gimnastika üzrə “San Marino Cup” adlı beynəlxalq yarışda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi bəlli olub.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.

Ölkəmizi təmsil edəcək nümayəndə heyətinin tərkibi:

Gimnastlar: İlona Zeynalova (böyük yaş qrupu üzrə), Şəms Ağahüseynova (gənc yaş qrupu üzrə)

Məşqçilər: Ukleina Valentina, ⁠Ruslan Eyvazov

Hakim: Aysel Həsənova

Qeyd edək ki, yarışlar sentyabrın 7-8-də baş tutacaq.

İdman.biz

Məqalədə: