Aerobika gimnastikası üzrə milli komandamız bu il İtaliyada baş tutacaq dünya çempionatı və dünya yaş qrupları yarışlarına hazırlıqları davam etdirir.
İdman.biz xəbər verir ki, gimnastlar Yardımlı İdman Kompleksində təlim-məşq toplanışında iştirak edirlər.
Qeyd edək ki, 4 sentyabrdan başlayan məşqlər sentyabrın 16-na qədər davam edəcək.
İdman.biz