Növbəti 3 ildə bədii gimnastika üzrə 5 dünya çempionatı

Xəbərlər
9 Sentyabr 2024 17:24
663
Növbəti 3 ildə bədii gimnastika üzrə 5 dünya çempionatı

Beynəlxalq Gimnastika Federasiyası (FIG) qarşıdakı üç il üçün müxtəlif yaş qruplarında bədii gimnastika üzrə dünya çempionatlarının siyahısını dərc edib.

İdman.biz xəbər verir ki, gələn il 2 dünya çempionatı təşkil ediləcək.

İyunun 18-22-də Sofiyada (Bolqarıstan) yeniyetmələr arasında, avqustun 20-24-də isə Rio-de-Janeyroda böyüklər arasında dünya çempionatı keçiriləcək.

2026-cı ildə analoji çempionat avqustun 12-16-da Frankfurtda (Almaniya) olacaq. 2027-ci ildə isə yenidən iki dünya çempionatı keçiriləcək. Yeniyetmələrin turniri Buxarestə (Rumıniya) həvalə olunub, mövsümün əsas yarışına isə sentyabrın 15-19-da Bakı ev sahibliyi edəcək.

İdman.biz

Məqalədə: