Azərbaycan gimnastları beynəlxalq yarışda - FOTO

Xəbərlər
10 Sentyabr 2024 10:20
138
Azərbaycan gimnastları beynəlxalq yarışda - FOTO

Azərbaycan komandası sentyabrın 13-15-də Monqolustanın Ulan-Bator şəhərində keçiriləcək “Gimnastika hamı üçün” idman növü üzrə “6-cı Asiya Gimnastradası”nda iştirak edəcək.

İdman.biz xəbər verir ki, komandanın heyətində Fidan Bədəlova, Aygün İsmayılova, Rəna Fətəliyeva, Ellada Qardaşəliyeva, Əlfiya Mantova, Humay Qafarova, Şəhana Cəfərova, Darya Kşnyakin və Anastasiya Kşnyakin yer alıb.

Qeyd edək ki, komandanın məşqçisi Ruslan Eyvazovdur.

İdman.biz

Məqalədə: