Azərbaycan akrobatika komandası sentyabrın 12-15-də Portuqaliyanın Gimaraeş şəhərində keçiriləcək dünya yaş qrupu yarışlarında iştirak edəcək.
İdman.biz xəbər verir ki, 12-18 yaşlı iştirakçılar arasında komanda iki qadın qrupu ilə təmsil olunacaq.
Onlardan birinə Dinara İbadova, Qəşəng Ağamoğlanlı və Ceyla Əlizadə, digərinə isə Diana Məmmədova, Səfiyə Babayeva və Firuzə Qasımzadə daxildir.
13-19 yaşlı gimnastlar arasında keçirilən yarışda da iki qadın qrupu iştirak edəcək: Ayan Hacılı, Aylin Məmmədova və Yasəmən Əliyeva, o cümlədən Nezrin Zeyniyeva, Anahitə Bəşirli və Zöhrə Rəşidova.
Komandanın məşqçiləri Aynur Yusifova və Leyla Əliyeva olacaq. Dürdanə Əhmədova isə hakimlər korpusunda təmsil olunacaq.
İdman.biz