Üçüncü “Ocaq kuboku” oktyabrda keçiriləcək

Xəbərlər
12 Sentyabr 2024 11:50
271
Üçüncü “Ocaq kuboku” oktyabrda keçiriləcək

Ocaq İdman Klubu bədii gimnastika üzrə üçüncü beynəlxalq “Ocaq Kuboku” turnirini keçirəcək.

İdman.biz xəbər verir ki, yarış oktyabrın 3-6-da Milli Gimnastika Arenasında baş tutacaq.

Yarışda həm Azərbaycan, həm də xarici klubların idmançıları iştirak edəcək. Üç gün ərzində müxtəlif yaş qrupları üzrə idmançılar mükafatlar uğrunda yarışacaqlar.

Qeyd edək ki, ötən il keçirilən Ocaq kubokunda gimnastlardan 385 nəfər fərdi, 24 komanda isə qrup hərəkətlərində çıxış edib.

İdman.biz

Məqalədə: