Belaruslu mütəxəssis Milli Gimnastika Arenasında seminar keçəcək

Xəbərlər
12 Sentyabr 2024 15:52
82
Belaruslu mütəxəssis Milli Gimnastika Arenasında seminar keçəcək

Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü, iki Olimpiya Oyunlarının iştirakçısı, batut üzrə 6 qat dünya çempionu, 7 qat Avropa çempionu, belaruslu mütəxəssis Dmitriy Poliaruş Azərbaycana səfər edir.

İdman.biz xəbər verir ki, o, sentyabrın 16-20-də ölkəmizdə keçiriləcək “Milli mütəxəssislər üçün hakimlik və məşqçilik üzrə seminar”ında bilik və bacarıqlarını mütəxəssislərimizlə bölüşəcək.

Seminar Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.biz