Azərbaycan akrobatları Dünya Oyunlarına uğurla başlayıblar

Xəbərlər
13 Sentyabr 2024 10:36
354
Azərbaycan akrobatları Dünya Oyunlarına uğurla başlayıblar

Portuqaliyanın Gimaraeş şəhərində Dünya yaş qrupu üzrə akrobatika yarışı keçirilir.

İdman.biz xəbər verir ki, 13-19 yaşlı idmançılar arasında keçirilən yarışda Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahitə Bəşirlidən ibarət Azərbaycan qadın qrupu tarazlıq hərəkətlərinin təsnifat mərhələsində 3-cü yeri tutub. Onlar 27.940 bal toplayıblar.

Jasmin Əliyeva, Ayan Hacılı və Aylin Məmmədovanın yer aldığı digər qrupumuz isə eyni yarışda 5-ci olub. Onlar hakimlərdən 27.540 bal alıblar.

İdman.biz

Məqalədə: